Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə 37 manatlıq sırğaları ilə gündəmdədir - FOTO

Şahzadə 37 manatlıq sırğaları ilə gündəmdədir - FOTO

Tarix: 20 Fevral 2023 19:52

Uels şahzadəsi Keyt Middlton Britaniya Akademiyası Film mükafatlandırma mərasimində (BAFTA) 18 funt-sterlinq (37 manat) dəyərində sırğa taxıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.Qeyd olunub ki,  "Zara" brendinə məxsus aksessuar onun 2019-cu ildə də geyindiyi bir çiyinli ağ "Alexander McQueen" paltarını tamamlayıb.

Bununla belə, paltarda dəyişiklik edilib, qara uzun əlcəklər də əlavə edilib.

Keyt Middltonun əri Şahzadə Uilyam tədbir üçün qoşa düyməli qara məxmər blazer və qalstuk seçib.

Qeyd edək ki, Şahzadə Uilyam 2010-cu ildən BAFTA-nın prezidenti vəzifəsində çalışır. Həyat yoldaşı ilk dəfə 2017-ci ildə əri ilə birlikdə Britaniya Akademiyasının Film Mükafatlarında görünub.


Etiketlər:  Şahzadə manatlıq sırğaları ilə gündəmdədir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ