Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 23:58
Rusiyanın Ufa şəhərində 10 yaşlı məktəbli, atası onunla oynamadığı üçün onu bıçaqlayıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Mash Batash" Telegram kanalında məlumat verilib.
Məlumata görə, işdən yorğun gələn ata oğlu ilə oynasa da, sonra bezərək səsini yüksəldib. Bu vəziyyət məktəblinin xoşuna gəlməyib və o, cavab olaraq atasının üstünə qışqırmağa başlayıb. Mübahisə zamanı uşaq bıçağı götürərək valideynə bir neçə bıçaq zərbəsi endirib.
Uşağın anası təcili yardım çağırıb. Ata xəstəxanaya yerləşdirilib. (publika)