Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO

Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı - VİDEO

Tarix: 21 Fevral 2023 13:56

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları vəzifələrini tamamladıqdan sonra geri yola düşüblər. Ancaq onları təyyarədə sürpriz gözləyib.

Sonxeber.net xəbər verir ki, uçuşdan əvvəl pilot onların qarşısına çıxıb və "Sizin qarşınıza dünyanı da sərsələr, haqqınızı əsla verə bilmərik", - deyə minnətdarlıq edib.

Pilotun sözləri xilasedicilər tərəfindən alqışlarla qarşılanıb.

İstanbul meri Əkrəm İmamoğlunun özünün sosial şəbəkə hesabından paylaşdığı kadrlar istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb və internetdə geniş yayılıb. (publika)


Etiketlər:  Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ