Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Attraksionlardan istifadə qiyməti yüksəkdir - VİDEO

Attraksionlardan istifadə qiyməti yüksəkdir - VİDEO

Tarix: 21 Fevral 2023 17:52

İstər böyüklər, istərsə də uşaqlar üçün asudə vaxtın səmərəli keçirilməsi önəmlidir. Bunun üçün  bəziləri parklara üz tutur, bəziləri də qapalı əyləncə mərkəzlərinə. Belə yerlərdə quraşıdırlan attraksionların qiyməti isə kifayət qədər bahadır. Paytaxt sakinlərinin sözlərinə görə, xüsusilə qapalı məkanlarda qiymətlər daha yüksəkdir.  Parklarda quraşıdırlan attraksionların da qiyməti heç də ürəkaçan deyil.

Qiymətlərə gəlincə, parklarda gəmi atraksionlardan istifadə 1-2 manat, uşaqlar üçün yelləncəklər və virtual səyahət 2 manatdır. Böyüklər üçün nəzərdə tutulan şeytan çarxının 10 dəqiqəsi isə 5 manatdır. Xüsusi əyləncə mərkəzlərində silah atışı 40-50 manat, kartinqin 1 saatı 75, peint-bolun 100 atışı 12 manatdır. Batut idman və əyləncə növündən istifadə etmək istəyənlər isə 1  saat üçün  20 manat ödəməlidir.  

İnzibatçılar bildirirlər ki, hazırda əyləncə mərkəzlərinə gələnlərin sayında xeyli azalma var.  Hətta bəzi sahibkarlar xərcləri qarşılaya bilmədiyi üçün işlərini dayandırmlı olublar.

Qeyd edək ki, əslində parklardakı attraksionlardan istifadə vətəndaşlar üçün ödənişsiz olmalıdır. Elə buna gör də Bakı Abadlıq Xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirildi ki, onların balansında olan bütün əyləncə vasitələri ödənişsizdir. Fərdi sahibkarlara məxsus mərkəzlərdə isə qiymət və digər məsələlər həmin şəxslər tərəfindən müəyyən olunur.

Sonxeber.net xəbər verir ki, xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Attraksionlardan istifadə qiyməti yüksəkdir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ