Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2023 22:40
Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası hökmü veriləcək.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları "Cinayət məsuliyyəti haqqında məcəllələrdə dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ikinci, yekun oxunuşda qəbul ediblər.
"2022-ci il dekabrın 7-də deputatlar tərəfindən birinci oxunuşda qəbul edilən sənəd Respublika Şurası tərəfindən təsdiq edildikdən sonra imzalaması üçün ölkə prezidentinə gedəcək", - deyə məlumatda əlavə edilib.
Qanun layihəsində Cinayət Məcəlləsinin "Dövlətə xəyanət" maddəsinə ölüm cəzasının tətbiqi imkanını nəzərdə tutan dəyişikliklər dövlət vəzifəsini tutan vəzifəli şəxs, yaxud silahlı qüvvələrin üzvü statusunun aid olduğu şəxs tərəfindən dövlətə xəyanətə görə nəzərdə tutulur.
Nümayəndələr Palatasının mətbuat xidmətindən bildirilib ki, qanunvericiliyə dəyişiklik "dağıdıcı ünsürlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətə xəyanətə qarşı qətiyyətli mübarizə nümayiş etdirmək məqsədilə" edilir.