Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2023 23:00
Türkiyədə daha bir komanda zəlzələyə görə ölkə çempionatındakı çıxışını müvəqqəti olaraq dayandırıb.
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, III Liqada mübarizə aparan "Elazığspor" cari mövsümü başa vura bilməyəcək.
Klub artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb. Elazığ təmsilçisinin istəyinin müsbət qarşılanacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", I Liqada "Adanaspor" və "Yeni Malatyaspor", II Liqada "Adıyamanspor" və "Diyabekirspor", III Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacaq.