Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2023 23:20
FTX Baydenin Kiyevə səfəri zamanı ona təhlükəsizlik zəmanəti verməyib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov "Shot Telegram" kanalına müsahibəsində deyib.
"ABŞ Rusiyanı Baydenin Kiyevə səfəri barədə diplomatik xətt vasitəsilə xəbərdar edib. Biz onun təhlükəsizliyinə zəmanət verməmişik", - deyə Bortnikov deyib.
FTX rəhbəri qeyd edib ki, Rusiya ilə ABŞ arasında xüsusi xidmət orqanları vasitəsilə əməkdaşlıq davam edir və bu, ilk növbədə beynəlxalq terrorizmlə mübarizə məsələlərinə aiddir. "Bu əməkdaşlıq var, amma təbii ki, əvvəlki səviyyədə deyil, ona görə də bundan heç kim qazanmır. Hamı münasibətlərin davam etdirilməsində maraqlıdır", - deyə o əlavə edib.