Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2023 00:46
Türkiyənin Hatay şəhərindəki dəhşətli zəlzələdə həlak olan Ayşegül Çinin vəsiyyəti dağıntılar altından tapılıb.
Sonxeber.net big.az-a istinadən bildirir ki, subay olduğu deyilən xanım qızıllarını saxladığı çantaya, sanki öləcəyini hiss edərək, bir kağız qoyub.
Tapılan kağızda Ayşegül başına bir iş gəldiyi halda qızıllarının anası Məryəm Çinə verilməsini istəyib:
"Mənə bir şey olsa, çantadakilərin hamısı anamındır. Bunları Həcc və Ümrə üçün istifadə etməsini istəyirəm".
Lakin onun anası da dağıntılar altında qalaraq həlak olub. Bu səbəbdən qızıllar Ayşegülün qardaşı Hüseyn Çinə təhvil verilib.
Bacısı və anası haqqında "Bu dünyanın adamları deyildilər" deyən Hüseyn qızılları böyük qardaşının uşaqlarına verəcəyini bildirib.