Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zəlzələ bölgəsində həkimlərimiz 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərib - VİDEO - FOTO

Zəlzələ bölgəsində həkimlərimiz 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərib -  VİDEO - FOTO

Tarix: 22 Fevral 2023 10:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.

Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, hospitallarda ötən günlər ərzində ümumilikdə 260-ı uşaq olmaqla 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.

Milli.Az


Etiketlər:  Zəlzələ bölgəsində həkimlərimiz 1364 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərib VİDEO FOTO


RƏYLƏR