Tarix: 16 Oktyabr 2019 13:00
PSJ-nin sabiq futbolçusu Dani Alveş Paris həyatını bəyənmədiyini deyib.
Qol.az xəbər verir ki, hazırda "San-Paulu"da çıxış edən braziliyalı müdafiəçi "RMC Sport"a açıqlamasında Fransanın paytaxtında yaşamağın stresli olduğunu bildirib:
"Mən Parisi sevmirdim. Orada stress yaşayırsan. Bir həftəlik gedirsənsə, bu, həyatının ən yaxşı səfəri olacaq. Ancaq daha çox qalsan, yorularsan. Paris mənə San-Paulunu xatırladır. Ancaq ora irqçilərlə doludur. Mənə heç nə etməyiblər. Çünki cavablarını verərdim. Ancaq komanda yoldaşlarıma qarşı irqçi davranışlar olub".
Qeyd edək ki, Dani Alveş 2017-2019-cu illərdə PSJ-də çıxış edib.