Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2025 23:32
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən "Napoli" itki ilə üzləşib.
Sonxeber.net xəbər verir ki, Neapol klubunun yarımmüdafiəçisi Kevin De Bruyne sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. De Bruynenin azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Kevin noyabrın 6-da "Qarabağ"a qarşı keçiriləcək ÇL oyununu da buraxacaq. (Futbolpress.az)