Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 07:58
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 finalında "Liverpul" üzərində inamlı qələbədən sonra braziliyalı futbolçu Vinisius Junioru dünyanın ən təhlükəli oyunçusu adlandırıb.
"Real"ın hücumameyilli yarımmüdafiəçisi bu görüşdə iki qol vurub və məhsuldar ötürmə edib.
"Düşünürəm ki, Vinisius Junior hazırda dünyanın ən təhlükəli oyunçusudur. O, matçların nəticəsini mütəmadi olaraq həll edən şəxsdir", - deyə Ançelotti bildirib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsində İngiltərə "Liverpul"u ilə İspaniya "Real"ı qarşılaşıblar. Görüşə ev sahibləri yaxşı başlayaraq 14 dəqiqəyə iki top vursalar da, "Kral" klubu mersisaydlıları qol vurmağa peşman edib. İspanlar ingilislərin qapısından düz beş top keçirərək səfər oyununda darmadağına imza atıblar - 2:5.
Cavab oyunu martın 15-də Madriddə keçiriləcək.