Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 09:16
Bakıda iki yeniyetmə itkin düşüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Səbail rayon sakini, 2007-ci il təvəllüdlü Əsgərov Elvin Sahib oğlu fevralın 20-də yaşadığı evdən çıxıb geri qayıtmayıb.
Bundan başqa, Suraxanı rayon ərazisində yaşayan, 2006-cı il təvəllüdlü Fərəcova Sevda Rövşən qızı isə fevralın 21-də yaşadığı evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.
Hər iki faktla bağlı araşdırma aparılır.