Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 13:34
Məşhur aktyor Eser Yenenlerlə evli olan model Berfu Yenenlər canlı efirdə göz yaşlarına hakim ola bilməyib.
Sonxeber.net Türkiyə mediasına istinadən xəbər verir ki, modellə aktyor Fatih Altayın "Fatih Altay ile Bire-Bir" verilişinə qonaq olub və Kahramanmaraşda baş verən zəlzələ barədə danışıblar. Türkiyə Təhsil Könüllüləri Dərnəyinin üzvi olan Berfu Yenenlər bildirib ki, baş verənləri öz gözləri ilə görmək üçün həmin əraziyə gedib.
"400 nəfərlik çadır şəhərciyində hər çadırda orta hesabla 15 nəfər qalırdı, altı tualet və iki hamam var idi. Dağılmayan binalarda yaşayan insanlar getdilər, amma kasıblar çadır şəhərciyində qaldı. Van Bələdiyyəsi də çox kömək etdi. Maşında yatdıq. Əsas məsələ əslində indi başlayır. Bu proses çox uzundur. Daim gedəcəyik. İnsanlara o qədər yaxşı təsir etdik ki, udulmayacağımız hissini gördük. Bu işi belə qoymayacağıq. O insanlar təhlükəsiz yerdə yaşamayana qədər ölkə olaraq bu prosesdən əl çəkməməliyik. Oradakı uşaqlarla da ayrıca işləyirik.
Suriyadan çox uşaq var. Türk və suriyalı uşaqlar qardaş kimidirlər. Çox çətin vəziyyətə baxmayaraq, ən xoşbəxt və pozitiv uşaqlar idi. Bu, daha acınacaqlıdır. Hətta keks veriləndə belə soruşurlar ki, sən də istəyirsən, bacı?", - Berfu bildirib.
Onun bu sözləri verilişdə hər kəsi duyğulandırıb.(publika)