Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənninin dövlətdən uşaq istəmək tələbi RƏDD EDİLDİ

Məşhur müğənninin dövlətdən uşaq istəmək tələbi RƏDD EDİLDİ

Tarix: 24 Fevral 2023 19:36

Türkiyəli müğənni Suavi və xanımı Könül Saydanın zəlzlədə ailəsini itirmiş bir uşağa qoruyucu ailə olmaq istəyi dövlət tərəfindən rədd edilib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 2 həftədir zəlzələ ərazisində könüllü yardım çalışmalarına qoşulan müğənni xəbəri eşidərək pərişan olub. Musiqiçi cavab olaraq "Nə deyim bilmirəm, günlərdir boğazımdan yemək keçmir" deyə bildirib.

Müğənninin həyat yoldaşı qeyd edib ki, buna Suavin 70 yaşında olması səbəb göstərilib.

"70 yaşındadır, amma zəlzələ bölgəsində hər gün dayanmadan 20 saat işləyir. Biz o uşaqlara çiçək kimi baxardıq. Bu qərarı ləğv edin. Biz o uşaqları alıb baxmağa qərarlıyıq",- deyə  sənətçinin xanımı öz sosial şəbəkə hesabında yazıb.


Etiketlər:  Məşhur müğənninin dövlətdən uşaq istəmək tələbi RƏDD EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ