Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2023 20:20
"Titanik" filmindəki Rouz obrazıyla dünya şöhrəti qazanan ingiltərəli aktrisa Keyt Uinslet, bir çox məşhurlar kimi, Türkiyədə və Suriyada on minlərlə insanın ölümünə səbəb olan dəhşətli zəlzələdən təsirlənib.
Sonxeber.net big.az-a istinadən bildirir ki, o, 1,2 milyon izləyicisi olan "İnstagram" səhifəsində paylaşım edərək təbii fəlakət olan bölgələrdəki insanlara yardım üçün çağırış edib.
Aktrisa gördüyü mənzərələrdən sarsıldığını bildirib və hər kəsi İngiltərə mərkəzli "Choose Love" təşkilatının yardım kampaniyasına ianə etməyə səsləyib:
"Hər qəpik əhəmiyyətlidir və bir həyatı qurtara bilər".