Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2023 00:32
Qazaxıstanın Aktau şəhərində uşağa təcavüzə görə 25 il həbs cəzası alan şəxsin cəzası dəyişdirilib.
Sonxeber.net bildriir ki, bu barədə Ktk.kz məlumat yayıb.
İstintaqın məlumatına görə, yerli sakin birgə yaşadığı qadının iki uşağını dəfələrlə zorlayıb. Həmin şəxsə qarşı cinayət işi açılıb və o, 25 il müddətinə azadlıqdan məhrum edilib.
Bir müddət sonra iki uşaq anası apellyasiya şikayəti verib. Məhkəmə qərarına yenidən baxaraq təqsirləndirilən şəxsin cəzasını dəyişdirərək ömürlük həbs cəzasına məhkum edib.
İrfan Vəliyev