Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus polkovnikdən ETİRAF: “Ukraynanı məğlub etmək çətindir, çünki...”

Rus polkovnikdən ETİRAF: “Ukraynanı məğlub etmək çətindir, çünki...”

Tarix: 25 Fevral 2023 19:42

"Kreml fevralın 24-də Ukraynaya genişmiqyaslı işğalın birinci ildönümü ilə bağlı açıqlama vermədi. Çox güman ki, bu, Rusiyanın qarşıya qoyduğu məqsədlərdən heç birinə nail ola bilməməsi ilə bağlıdır. Rusiya 2022-ci ilin iyul ayından bəri heç bir ciddi uğur əldə edə bilməyib.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı ekspertlər qeyd edirlər ki, Rusiya Prezidenti Vladimir Putin və komanda üzvləri bu haqda bir kəlmə də danışmadılar. Baxmayaraq ki, Kreml rəhbəri son üç gündə ictimaiyyət qarşısında çoxsaylı çıxışlar edib.

Bununla yanaşı, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin işğalın ildönümündə növbəti təxribat xarakterli açıqlamasına diqqət çəkiblər: "O, Rusiyanın müharibədə qalib gələcəyini xəyal edirdi, məqsədlərinə çatmalarının və təhlükə altında olan Rusiya sərhədlərini mümkün qədər irəli, hətta Polşa sərhədlərinə qədər çəkməsinin həyati önəm kəsb etdiyi fikrini təkrarladı".

Separatçı (Donbas) İqor Girkin (keçmiş FSB polkovniki) isə Medvedevin açıqlamasını tənqid edərək, bunu "aldatma" adlandırıb. O qeyd edib ki, xaricdən dəstək alan Ukraynanı həvəssiz Rusiya qüvvələri ilə və cəmiyyətdən dəstəyin olmaması fonunda məğlub etmək çox çətindir.


Etiketlər:  polkovnikdən ETİRAF Ukraynanı məğlub etmək çətindir çünki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ