Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2023 10:56
Niderlandın "Heineken" pivə şirkəti 2023-cü ilin birinci yarısında Rusiya bazarını tərk edərək ölkədəki biznesini satmaq niyyətindədir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Biz çox çətin şəraitdə və şirkətə əhəmiyyətli maliyyə itkisi ilə işimizi etibarlı bir alıcıya köçürmək üçün səylə çalışırıq", - "Heineken" şirkətinin açıqlamasında deyilir.
Xatırladaq ki, ötən ilin martında konsern Rusiya Federasiyasında pivə ixracının və investisiya layihələrinin dayandırıldığını bəyan edib.
Şirkət həmçinin bildirib ki, 2023-cü ilin ilk yarısında satışdan 300 milyon avro itki gözləyir.
Satışdan 300 milyon avro itki gözləyir.