Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın sualtı atom qayığı Cənubi Koreya limanına daxil olub

ABŞ-ın sualtı atom qayığı Cənubi Koreya limanına daxil olub

Tarix: 26 Fevral 2023 11:30

ABŞ-ın "Sprinqfild" tipli "Los Angeles" sualtı nüvə qayığı Cənubi Koreyanın Busan limanına gedib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean Donanması feysbukdakı səhifəsində məlumat yayıb.

Bildirilir ki, bu, planlaşdırılmış səfərdir. "Sprinqfild" Quam adasında yerləşir və "ABŞ-ın milli təhlükəsizlik maraqları naminə dəniz təhlükəsizliyi əməliyyatları həyata keçirən Yeddinci Donanmasının məsuliyyəti zonasında fəaliyyət göstərir", - Birləşmiş Ştatlar donanması əlavə edib.

Sakit Okean Donanması, həmçinin ABŞ və Cənubi Koreya bayraqları ilə dalğalanan sualtı qayığın, eləcə də həmkarlarını qarşılayan Cənubi Koreyalı hərbçiləri əks etdirən gəlişin fotolarını yayımlayıb.

Cənubi Koreya mediası sualtı qayığın səfərini güc nümayişi və Şimali Koreyaya təxribatlardan çəkinmək xəbərdarlığı kimi şərh edib. Xüsusilə qeyd olunur ki, belə sualtı qayıqların gəlişi son dərəcə nadirdir.

Milli.Az


Etiketlər:  ABŞ ın sualtı atom qayığı Cənubi Koreya limanına daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ