Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada 9-cu sinif şagirdi terror aktı hazırladığı üçün həbs edildi

Rusiyada 9-cu sinif şagirdi terror aktı hazırladığı üçün həbs edildi

Tarix: 26 Fevral 2023 14:04

Hərbi Komissarlıqda yanğın törətməyi planlaşdıran məktəbli Tümen vilayətinin Tobolsk şəhər məhkəməsi tərəfindən nəzarətə götürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə regional ədliyyə orqanının mətbuat xidməti fevralın 25-də məlumat verib.

"Tobolsk şəhər məhkəməsi 15 yaşlı məktəbli barəsində həbs-qətimkan tədbiri seçib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi üzrə terror aktı hazırlamaqda ittiham olunur. 9-cu sinif şagirdi Tobolsk şəhəri və Tobolsk vilayətinin hərbi komissarlığında yanğın törətməyi planlaşdırıb", - deyə dərc olunmuş məlumatda deyilir.

Mətbuat xidməti şağırdin aprelin 22-dək həbsdə qalacağına aydınlıq gətirib.

Bildirilir ki, istintaqın məlumatına görə, fevralın 23-də yeniyetmə içərisində "Molotov kokteyli" olan şüşə və alışqan götürərək, hərbi komissarlığa tərəf gedib. Lakin o, yolda Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az


Etiketlər:  Rusiyada 9 cu sinif şagirdi terror aktı hazırladığı üçün həbs edildi


RƏYLƏR