Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO

Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO

Tarix: 27 Fevral 2023 07:35

Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.

O, qeyd edib ki, avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.

Daha sonra avtomobildən enən şəxs müğənninin avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.

Həmin görüntüləri təqdim edirik.

Milli.Az


Etiketlər:  Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR ANBAAN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ