Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 13:50
Ötən gün Sabirabadda 19 yaşlı oğlanın atasını öldürməsi barədə xəbər vermişdik.
Sonxeber.net bildirir ki, Lent.az hadisə ilə bağlı yeni faktlar əldə edib.
Belə ki, araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayonunun Moranlı kəndində baş verən cinayəti 19 yaşlı İlkin İbadlı tək törətməyib. Ona bu işdə anası yardım edib. O, anası Dilarə ilə birlikdə atası Adil İbadovun başına taxta parçası ilə xəsarət yetiriblər.
Nəticədə kişi aldığı xəsarətdən ölüb.
Məlumata görə, Adil İbadov ruhi xəstə olub.