Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 08:46
Hazırda Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin çəkisi 64 kiloqramdır. Daha çox kilo itkisi olarsa, artıq sağalmaya bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ölkənin Ombudsman Aparatının məsləhətçilərinin həkimi Georgi Qriqoliya deyib.
O bildirib ki, siyasətçi arıqlamaqda davam edərsə və 55 kiloqrama düşərsə, o zaman geridönməz proseslər başlayacaq və o, yataq xəstəsi olaraq qalacaq:
"Kaxeksiya güclənir. Saakaşvili ilə baş verənlər təbiidir: o, arıqlayır, əzələ və artıq sümük toxumasının məhv edilməsi prosesi gedir. Bu, adekvat müalicə almadığı üçün baş verir".