Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan vətəndaşının məktəblidən istəyi: “Məmurlardan evə kokain gətirməyi tələb et!”

Azərbaycan vətəndaşının məktəblidən istəyi: “Məmurlardan evə kokain gətirməyi tələb et!”

Tarix: 28 Fevral 2023 20:42

Moskva yaxınlığındakı Ximkidə şagird qubernator administrasiyasına zəng edərək ondan 50 qram kokain gətirməyi tələb edib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, imtina ediləcəyi təqdirdə yeniyetmə evi partladacağını vəd edib.

Azyaşlının şöbəyə zəngi gecə saatlarında qeydə alınıb. Uşaq deyib ki, məmurlar narkotiki iki saat ərzində ona çatdırmalıdı, əks halda hədəsini həyata keçirəcək.

Polislər qeyd olunan ünvana gəlib. Mənzildə iki uşağı olan ana tapılıb. Onlardan biri zəng edən 15 yaşlı yeniyetmə olub.

Məktəbli bildirib ki, qubernatorluq administrasiyasına öz istəyi ilə  müraciət etməyib və özü də şantajın qurbanı olub. Onun sözlərinə görə, ona naməlum nömrədən zəng edib, iki min rubl köçürməsini tələb edib və polisin gəlişi ilə hədələyiblər.

Oğlanın telefonuna Moskva vilayətinin Korolyova şəhərində qeydiyyatda olan Azərbaycan vətəndaşından zəng tapılıb. Baş verənlərin təfərrüatları araşdırılır.


Etiketlər:  Azərbaycan vətəndaşının məktəblidən istəyi Məmurlardan evə kokain gətirməyi tələb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ