Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2023 21:38
74 yaşlı model, müğənni və aktrisa Qreys Cons Avstriyanın "Wolford" alt paltarı və corab brendinin yeni reklam kampaniyasında rol alıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, yayımlanan fotolardan birində 74 yaşlı Qreys qolsuz bədən kostyumu və stilettoda görünüb. Digər şəkillərdə 1970-1980-ci illərin ulduzu çılpaq çiyinli dar midi paltarda poza verib.
Çəkilişlərə fotoqraf Riçard Fibbs cavabdeh olub.
Qreys Consun karyerası 1968-ci ildə Wilhelmina Modelləşdirmə Agentliyi ilə model kimi müqavilə bağlayaraq Yamaykadan ABŞ-a getməsi ilə başlayıb. 1970-ci ildə o, Nyu-Yorkdan Parisə köçüb və burada androqin görünüşü sayəsində tez bir zamanda axtarılan modelə çevrilib.
Modellik karyerası ilə paralel olaraq o, musiqi karyerasını inkişaf etdirib, 1977-ci ildə ilk albomu "Portfolio"nu buraxıb.