Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqı: Xocalıda baş tutan görüş ümidvericidir

Avropa İttifaqı: Xocalıda baş tutan görüş ümidvericidir

Tarix: 1 Mart 2023 14:52

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan görüşü ümidverici adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Klaar bu barədə Tvitter paylaşımında qeyd edib.

"Bu gün Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır", - paylaşımda bildirilib.

Milli.Az


Etiketlər:  Avropa İttifaqı Xocalıda baş tutan görüş ümidvericidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ