Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2023 10:08
Kiyev indiyə qədər İran PUA-larının Rusiya tərəfdən Ukrayna konfliktində istifadə edilməsini təsdiqləyən heç bir sübutu Tehrana təqdim etməyib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran XİN başçısı Hüseyn Əmir Abdullahian deyib.
O bildirib ki, bizim alimlər bu fotoları (vurulan PUA-ların şəkillərini - red.) öyrəniblər və onların İranla bağlı olmadığı "üzə" çıxıb:
"Artıq 4 aydır ki, danışıqların ikinci raundunu gözləyirik; gözləyirik ki, onlar gələcəklər və real sənədlər ortaya qoyacaqlar. Ukrayna komandası isə hər zaman iki həftədən sonra gələcəyini deyir, nəticə olmur".
Qeyd edək ki, Abdullahianın İran PUA-larının Rusiyaya verilməsi reallığını bu qədər gizlətməyə çalışması Qərb ölkələrinin kəskin reaksiyasına səbəb olur.