Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaporojyedə yaşayış binası raketlə vurulub, ölənlər və yaralananlar var

Zaporojyedə yaşayış binası raketlə vurulub,  ölənlər və yaralananlar var

Tarix: 2 Mart 2023 12:18

Rusiya Silahlı Qüvvələri Ukraynanı bu gecə raket atəşinə tutub, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram"da yazıb.

O qeyd edib ki, gecə saatlarında şəhərin mərkəzindəki hündürmərtəbəli bina raketlə vurulub və binanın yuxarı mərtəbələri dağılıb.

"Təəssüf ki, raket hücumu nəticəsində ölənlər və yaralananlar var. Axtarış-xilasetmə əməliyyatları davam etdirlir" - Zelenski qeyd edib.

"Terrorçu dövlət xalqımızı hər gün terrora məruz qoymaq istəyir, lakin bizim torpaqlarımızda pislik hökm sürməyəcək. Biz bütün rus əsgərlərini qovacağıq və onlar hər bir əməllərinə görə mütləq cavab verəcəklər" - Ukrayna Prezidenti əlavə edib.

Milli.Az


Etiketlər:  Zaporojyedə yaşayış binası raketlə vurulub ölənlər yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ