Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb - VİDEO - FOTO

Tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb - VİDEO - FOTO

Tarix: 2 Mart 2023 13:34

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib. 

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Milli.Az


Etiketlər:  Tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ