Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 57-ə çatıb

Yunanıstanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 57-ə çatıb

Tarix: 2 Mart 2023 23:26

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

Milli.Az APA -ya istinadən xəbər verir ki, hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.

Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.

Hazırda 48 nəfərin müaəlicəsi davam etdirilir, onlardan 6-nın vəziyyəti ağır qiymətləndirilir.

Baş vermiş qəzada 56 nəfərdən itkin düşmüş sayılır.

Hadisə martın 1-ə keçən gecə baş verib.

Milli.Az


Etiketlər:  Yunanıstanda sərnişin yük qatarlarının toqquşması nəticəsində ölənlərin sayı çatıb


RƏYLƏR