Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşaya turist səfərlərinin qiyməti məlum oldu

Şuşaya turist səfərlərinin qiyməti məlum oldu

Tarix: 3 Mart 2023 12:46

Şuşaya turist səfərlərinin qiyməti açıqlanıb.

Bu barəd Milli.Az-a Dövlət Turizm Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.

2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, "Vaqif" məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, "Yuxarı Gövhər Ağa" məscidi, "Güllələnmiş Heykəllər" meydançası, Şuşa qalası, Şuşanın "Gəncə" qapıları və "Xarı Bülbül" simvolu, "Qazançı" Kilsəsi, Şuşa "Realnıy" Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

Milli.Az


Etiketlər:  Şuşaya turist səfərlərinin qiyməti məlum oldu


RƏYLƏR