Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Klipdə məndən başqa "18 +" nəsə yoxdur" - VİDEO - FOTO

Tarix: 3 Mart 2023 16:30

Müğənni Dilarə Kazımova yeni layihəsi ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, cazibədar estrada ulduzu sözləri və musiqisi Sheyh Ree-yə məxsus "Alov" adlı yeni mahnısınını ekranlaşdırıb.
Dilarə klipinin rejissorluğunu Xəyal Hüseynə həvalə edib. Ekran işində ifaçının tərəf müqabili İsmayıl Məmmədzadə olub.  

Kazımova klipdə yaratdığı cazibədar obrazı və ehtiraslı rəqsləri ilə diqqət çəkib.  
İfaçı bu gün qonaq olduğu "Səhər mərkəzi" verilişində sözügedən ekran işindən söz açıb. Klip çəkilişləri zamanı qızdırması 39 dərəcəyə qalxan Dilarə layihəsini təxirə salmaq istəyib:

"Əslində bu klipi 2022-ci ildə çəkmişik. Sadəcə gözləməli olduq. 3 aya yaxındır ki, bu klipin ərsəyə gəlməsini gözləyirik. Klipdə "18 +" heç nə yoxdur, bir tək məndən başqa. "YouTube" klipimizi "18+" məzmunlu kontent kimi nəzərə tutub. Bilirsiniz ki, daha əvvəl "Xarizma" adlı mahnıma çəkilmiş klipimi də "YouTube" blok etmişdi.

Biz layihəni planlaşdıranda hər şey yaxşı idi. Lakin çəkilişlər başlayana yaxın xəstələndim, ağrım olmasa da, 39-40-a yaxın qızdırmam var idi. Hərarətimlə yanaşı çəkiliş məkanı da çox isti idi (gülür). Buna baxmayaraq başa düşürdüm ki, komandanın, klipin üzərində çalışanların əziyyəti böyükdür. İşləri təxirə salmaq olmazdı. Ona görə də əlimdən gələni etməliydim. Rəqslər və digər məqamlar öz yerindədir. İnanıram ki, insanlar da bunu qiymətləndirəcəklər.

"Alov" mahnımı çox sevirəm. Düşünürəm ki, əgər bu klipimə çox baxış say gəlməsə , partlamasa da bu layihəni ərsəyə gətirdiyimə görə çox sevinirəm".  

Milli.Az


Etiketlər:  Klipdə məndən başqa 18 nəsə yoxdur VİDEO FOTO


RƏYLƏR