Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda daha bir "tiktok"çu həbs edildi - Səbəb - YENİLƏNİB

Azərbaycanda daha bir

Tarix: 3 Mart 2023 17:40

17:38

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Tiktoker"in həbs səbəbinə gəlincə onun, paytaxtın mərkəzində, xüsusilə "Tarqovı"da elektrik skuterini insanların sıx olduğu yerlərdə onların üzərinə sürərək ictimai asayişi pozduğu və törətdiyi əməlləri videoya çəkərək paylaşdığı bildirilib.

-------

17:04

Azərbaycanda daha bir "tiktok"çu həbs edilib.
  
Milli.Az azxəbər-ə istinadla bildirir ki, Ömər adlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.
 
Məlumat Daxili İşlər Nazirliyindən təsdiqlənib.
 
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında qeyd edib ki, o, 510-cu maddə - yəni, xırda xuliqanlıqla məhkəmənin qərarı ilə 15 sutka həbs olunub.

Milli.Az


Etiketlər:  Azərbaycanda daha bir tiktokçu həbs edildi Səbəb YENİLƏNİB


RƏYLƏR