Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramzan Kadırovun səhhətində ciddi problem var?

Ramzan Kadırovun səhhətində ciddi problem var?

Tarix: 3 Mart 2023 22:40

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, son bir neçə ayda o, çox kökəlib və videoda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var.

Nəşr bildirib ki, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki "Burjil" xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim əş-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gedib.

Bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib. Kadırovun bəzən enerjili və çevik görünməsi stimullaşdırıcı vasitələrdən istifadə etməklə bağlıdır.


Etiketlər:  Ramzan Kadırovun səhhətində ciddi problem


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ