Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jurnalist Şoltsdan Ermənistanın Rusiya sanksiyalarından yayınıb-yayınmadığını soruşub

Jurnalist Şoltsdan Ermənistanın Rusiya sanksiyalarından yayınıb-yayınmadığını soruşub

Tarix: 4 Mart 2023 19:52

Ermənistan Baş naziri Nikol Paşinyan və Almaniyanın kansleri Olaf Şoltsun birgə brifinqində almaniyalı siyasətçidən Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməyə yardım edib-etmədiyi soruşulub.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, jurnalist Baş nazirə ermənistanlı həmkarı ilə bu ölkənin Aİ ilə ixracının müəmmalı şəkildə artımını müzakirə edib-etmədiyi barədə sual ünvanlayıb.

"Müharibə başlayandan bəri Almaniya və digər Aİ ölkələrindən Rusiyaya ixrac azalıb. Eyni zamanda, Ermənistana ixrac artım, həmçinin ixrac Ermənistandan Rusiyaya da artıb. Ötən həftə iqtisadiyyat naziri Robert Habekdən Rusiyanın üçüncü ölkələr vasitəsilə Aİ mallarını, xüsusilə yüksək texnologiya və nəqliyyat vasitəsi hissələri əldə etdiyini öyrəndik. Bu rəqəmlər onu deyir ki, Ermənistan burada rol oynaya bilər. Bunu müzakirə edibsinizmi?", - jurnalist kanslerdən soruşub.

Hökumət başçısı isə bu məsələni müzakirə etmədiklərini bildirib:

"İqtisadi göstəriciləri izləyirik. Eyni zamanda, bizim üçün sadəcə iqtisadi göstəriciləri nəzərdən keçirmək, korrelyasiyanı izah etmək yox, həm də iqtisadi sanksiyalarımızın yan keçilməməsini görmək də vacibdir və bu, əlbəttə, bizim tələb etdiyimiz bir şeydir".

Yekunda kansler qoyulan "qaydalara hörmətlə yanaşıldığına ümid etdiyini" vurğulayıb.

Milli.Az


Etiketlər:  Jurnalist Şoltsdan Ermənistanın Rusiya sanksiyalarından yayınıb yayınmadığını soruşub


RƏYLƏR