Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyaya gizli silah ötürən ölkəyə xəbərdarlıq: “Qırmızı xətt”i keçsəniz...”

Rusiyaya gizli silah ötürən ölkəyə xəbərdarlıq: “Qırmızı xətt”i keçsəniz...”

Tarix: 4 Mart 2023 20:48

Rəsmi Pekin Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah tədarük etmək qərarına gələrsə, Avropa Birliyi (AB) Çinə qarşı sanksiyalar tətbiq edəcək.

Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə AB-nin yüksək rütbəli nümayəndəsi "Röyter" agentliyinə açıqlamasında bildirib.

Nəşrin adını çəkmədiyi AB rəsmisinin sözlərinə görə, Çin silahlarının Rusiyaya tədarükü Avropa üçün "mütləq qırmızı xətt" olacaq. Avropa belə addımlara sanksiyalarla cavab verəcək.

Agentlik qeyd edir ki, Almaniya Kansleri Olaf Şolz da Bundestaqdakı son çıxışı zamanı bu məsələyə diqqət çəkmişdi. Kansler çinlilərə "Rusiya təcavüzünü silahlandırmayın" çağırışını etmişdi.

ABŞ hökuməti də Çinin Rusiyaya silah tədarükünü araşdırır. ABŞ Prezidenti Co Bayden Pekinə xəbərdarlıq edib ki, təcavüzkara birbaşa yardım göstəriləcəyi təqdirdə cəzasız qalmayacaq.

NBC-nin iddiasına görə, Pekin Moskvaya bəzi artilleriya vasitələri və sursat ötürə bilər.


Etiketlər:  Rusiyaya gizli silah ötürən ölkəyə xəbərdarlıq Qırmızı xətti keçsəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ