Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün silahlı basqında ölən Rüfətin MÜSAHİBƏSİ: Ailənin tək oğlu idi - VİDEO

Bu gün silahlı basqında ölən Rüfətin MÜSAHİBƏSİ: Ailənin tək oğlu idi - VİDEO

Tarix: 4 Mart 2023 21:46

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlunun 2021-ci ildə "İdman TV"yə verdiyi müsahibə yayılıb. 

Milli.Az "ölkə.az"-a istinadən xəbər verir ki, ailənin yeganə oğlan övladı olan H.Rüfət Vətən müharibəsinin könüllü iştirakçısı olub. O, Füzuli istiqamətində gedən döyüşlərə qoşulub. 

Məlum olub ki, H.Rüfət kikboks üzrə respublika mükafatçısı olub.

Xatırladaq ki, R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Daha ətraflı videomaterialda:

Milli.Az


Etiketlər:  gün silahlı basqında ölən Rüfətin MÜSAHİBƏSİ Ailənin tək oğlu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ