Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda xanım sərnişin sifariş etdiyi taksidən qovuldu - VİDEO

Bakıda xanım sərnişin sifariş etdiyi taksidən qovuldu - VİDEO

Tarix: 5 Mart 2023 09:42

Bakı sakini Nəcibə Muradlı sifariş etdiyi taksidən qovulub.  Bu barədə "Xəzər Xəbər"ə onun özü məlumat verib.

Üzünün efirdə görünməyini istəməyən xanım iddia edir ki, ünvana gələn sürücü onu taksi  çağırmağına peşman edib. Buna səbəb ödənişin kartla edilməsi olub. 

Nəcibə Muradlı takis şirkətinin müştəri xidmətlərinə yazaraq, olanlar barədə məlumat verib və  kartından çıxarılan pulu geri istəyib. Xanımın bu addımı tərəfləri yenidən bir araya gətirib.

Taksi sürücüsü ilə biz də əlaqə saxladıq. O, həmin an əsəbi olduğunu, əməlindən  peşmanlıq hissi keçirdiyini bildirib.

Qeyd edək ki, paytaxt sakinlərilə sorğu zamanı məlum oldu ki, bu kimi hallarla  sərnişinlər tez -tez üzləşirlər.

Ekspertlər isə hesab edirlər  ki, bu narazılıqların yaşanmaması üçün taksilərlə bağlı vahid qaydalar müəyyənləşdirilməlidir.

Daha ətraflı videomaterialda:

Milli.Az


Etiketlər:  Bakıda xanım sərnişin sifariş etdiyi taksidən qovuldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ