Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2023 12:26
Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhəri uğurunda nəzarəti əldə etməyib.
Sonxeber.net UNİAN-a istinadən xəbər verir ki, bunu Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının şəhərdən kütləvi şəkildə çıxarılması məlumatı yalandır.
"Baxmutda döyüşlər şəhrdən kənarda gedir və şəhərə Ukrayna Müdafiə Qüvvələri nəzarət edir: Ukrayna Silahlı Qüvvələri, Sərhəd Xidməti və Milli Qvardiya. Həmçinin Ukrayna qoşunlarının kütləvi şəkildə çıxarılması yoxdur", - deyə o vurğulayıb.
Çerevatı əlavə edib ki, Ukrayna qoşunları Baxmutda mövqelərin nəzarətli, planlı rotasiyasını həyata keçirir.
O qeyd edib ki, 2023-cü il martın 4-ü şənbə günündən etibarən Baxmut ətrafında, şəhərin şimalındakı Vasyukovka və Dubovo-Vasilyevka kəndlərində, həmçinin onun qərbindəki İvanovskoye və Boqdanovka kəndlərində döyüşlər gedir.