Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 11:00
Bakı. Trend:
Fransa və Almaniya silah ixracı üzərində nəzarət haqqında saziş imzalayıblar.
Trend-in məlumatına görə, bu barədə iki ölkənin Tuluza şəhərində keçirilən hökumətlərarası müşavirəsinin yekunları üzrə Fransa liderinin administrasiyasının yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: "Fransa və Almaniya birgə layihələr üçün silah ixracı üzərində nəzarət haqqında hüquqi cəhətdən məcburedici saziş imzalayıblar və gələcəyin tankı və döyüş təyyarəsinin gələcəkdə birgə layihələşdirilməsi üçün ciddi maneəni aradan qaldırıblar. Silah ixracı barədə saziş Fransa və Almaniya arasında qarşılıqlı etimadı möhkəmləndirir və birgə layihələrin uğur qazanmasının şərtidir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin