Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hande Erçel və milyarder Hakan Sabancı Parisə gedərkən görüntüləndilər - FOTO

Hande Erçel və milyarder Hakan Sabancı Parisə gedərkən görüntüləndilər - FOTO

Tarix: 5 Mart 2023 17:15

Adları bir müddətdir eşq dedi-qodularına qarışan türkiyəli məşhur aktrisa Hande Erçel və milyarder Hakan Sabancı Parisə gedərkən hava limanında görüntüləniblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ötən həftələrdə "Fantaziya qurmayın, həyatımda heç kim yoxdur" deyən Hande Erçel Hakan Sabancı ilə eşq macərasını inkar etmişdi.

Karyerası qədər şəxsi həyatı ilə də gündəmdən düşməyən Hande Erçel həmkarı Kaan Yıldırımla qısa münasibətini bitirdikdən sonra adı bir sıra məşhurlarla hallanan Hakan Sabancı ilə sevgili olub.

Romantik istirahətə yollanan cütlüyün fotolarını paylaşıb-paylaşmayacaqları maraq doğurur.

Milli.Az


Etiketlər:  Hande Erçel milyarder Hakan Sabancı Parisə gedərkən görüntüləndilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ