Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2023 18:34
ABŞ və Cənubi Koreyanın gərginliyi artırmaq üçün bu məsuliyyətsiz hərəkətləri səbəbindən Koreya yarımadasında və regionda vəziyyət heç kimin istəmədiyi bir vəziyyətə doğru irəliləyir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.
O bildirib ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın suverenliyini pozur:
"Kədərli olan odur ki, yer üzündəki ən kiçik münaqişə və təhlükədən dərin narahatlıqlarını ifadə edən BMT-nin, ABŞ və Cənubi Koreya tərəfindən suverenliyimizin açıq-aşkar pozulmasına və hərbi təlimlərinə səssiz qalmasıdır. Koreya yarımadası kimi hərbi qarşıdurmanın intensiv olduğu bölgədə istənilən vaxt hədələyici ritorika və hərbi nümayişlərdən istifadə regional hərbi-siyasi vəziyyəti çox kritik və idarəolunmaz mərhələyə yaxınlaşdıracaq".