Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2023 08:20
ABŞ prezidenti Co Bayden 2024-cü maliyyə ili üçün büdcə layihəsini cümə axşamı, martın 9-da təqdim edəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Cümə axşamı, martın 9-da prezident 2024-cü maliyyə ili büdcəsini təqdim etmək üçün Pensilvaniya ştatının Filadelfiya şəhərinə səfər edəcək.
Amerika prezidentinin çıxışının "Amerikaya investisiya yatırmaq, amerikalılar üçün qiymətləri aşağı salmaqda davam etmək" planlarına, eləcə də dövlət büdcəsinin kəsirini azaltmağa həsr olunacağı vurğulanır.