Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meydana girdikdən 40 saniyə sonra qovuldu - VİDEO

Meydana girdikdən 40 saniyə sonra qovuldu - VİDEO

Tarix: 6 Mart 2023 19:46

İtaliya A seriyasının son turu çərçivəsində keçirilən "Roma" - "Yuventus" matçında maraqlı hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, hesab meydan sahiblərinin xeyrinə olarkən (1:0) "Yuve"də dəyişiklik baş tutub. 89-cu dəqiqədə hücumçu Moyze Kin Xuan Kuadradonu əvəzləyib. Ancaq o, meydanda çox qalmayıb - 40 saniyə.

Kin Anxel Di Marianın ötürməsindən sonra topu ram etmək istəsə də, Canluka Mançini onu tutaraq geri çəkib. Onlar arasında mübarizə bir neçə saniyə çəkib. Hər şey Moyzenin Canlukanın budunun arxasına zərbə vurmasıyla başa çatıb. Nəticədə hakim ona qırmızı vərəqə göstərib. (publika)

Milli.Az


Etiketlər:  Meydana girdikdən 40 saniyə sonra qovuldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ