Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2023 10:18
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) feminist fəalların martın 8-də Bakıda yürüş keçirməsinə icazə verməyib.
Bu barədə Sonxeber.net-a Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, müraciətdə bildirilib ki, qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsinə icazə verilsin.
Bakı şəhər İcra Hakimiyyəti yürüş keçirilməsini yer baxımından məqsədəuyğun saymayıb.