Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqası: ''Fənərbağça'' ''Sevilya'' ilə qarşılaşacaq

Avropa Liqası: ''Fənərbağça'' ''Sevilya'' ilə qarşılaşacaq

Tarix: 9 Mart 2023 08:14

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Sonxeber.net "report"a istinadən bildirir ki, oyunların hamısı eyni gündə baş tutacaq.

İngiltərə təmsilçilərindən "Arsenal" Portuqaliyada "Sportinq"in qonağı olacaq, "Mançester Yunayted" isə evdə İspaniya "Betis"ini sınağa çəkəcək. "Roma" İtaliyada İspaniya "Real Sosyedad"ı, "Yuventus" isə Almaniya "Frayburq"u ilə qarşılaşacaq.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbağça" isə İspaniyada "Sevilya" ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart

21:45. "Union" Berlin (Almaniya) - "Union" (Belçika)

21:45. "Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan)

21:45. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

21:45. "Roma" (İtaliya) - "Real Sosyedad" (İspaniya)

00:00. "Sevilya" (İspaniya) - "Fənərbağça" (Türkiyə)

00:00. "Yuventus" (İtaliya) - "Frayburq" (Almaniya)

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Betis" (İspaniya)

00:00. "Şaxtyor" Donetsk (Ukrayna) - "Feyenoord" (Niderland)

Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 16-da keçiriləcək.


Etiketlər:  Avropa Liqası Fənərbağça Sevilya ilə qarşılaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ