Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Biz hər zaman etibarlı tərəfdaş olmuşuq

Prezident: Biz hər zaman etibarlı tərəfdaş olmuşuq

Tarix: 9 Mart 2023 11:33

Biz qaz yataqlarımıza investisiyalarımızı artırırıq. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra biz qaz təchizatının artırılması ilə bağlı 10 Avropa ölkəsindən müraciətlər almışıq və bunu da edirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında söyləyib.

"Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır, bu belədir, biz hər zaman etibarlı tərəfdaş olmuşuq. Biz neftimizi, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarırıq", -deyə dövlətimizin başçısı bildirib.

Milli.Az


Etiketlər:  Prezident Biz hər zaman etibarlı tərəfdaş olmuşuq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ