Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2023 12:34
Rusiyada "Ptaxa" ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev və həmkarı "Andrey 3022" Donetsk vilayətində atəş altında qalıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hadisə martın 8-də Moskva vaxtı ilə saat 19.20 radələrində baş verib. Bundan sonra musiqiçilərlə əlaqə saxlamaq mümkün olmayıb.
Məlum olub ki, onlar hadisədən əvvəl sosial media hesablarında canlı yayıma qoşulublar. Daha sonra yayımda silah səsləri eşidilib.
Reperlərin yaxın dostlarının sözlərinə görə, "Ptaxa" Donetskə humanitar yardımla bağlı və orada baş verənləri öz gözləri ilə görmək üçün gedib. Həmçinin, o, yeni klipi üçün bir neçə səhnə çəkmək niyyətində olub.