Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadını qucağına alaraq dənizə atdı - VİDEO

Arvadını qucağına alaraq dənizə atdı - VİDEO

Tarix: 10 Mart 2023 17:46

İndoneziyada Yava və Sumatra adaları arasındakı Sundra boğazında hərəkət edən gəmidə dəhşətli anlar yaşanıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, gəmidə olan şəxs arvadını qucağına alaraq dənizə atıb.

Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Videogörüntülərdə qadın göyərtədə oturacaqda oturmaq üçün çantasını çıxardığı zaman arxasında olan əri ona yaxınlaşır. Sonra qəfildən onu qucağına alaraq məhəccərlərin üstündən dənizə atır. Hadisəni görən digər sərnişinlər dərhal qadının köməyinə qaçırlar. Məhəccərlərdən yapışmağı bacaran qadın suya düşməkdən qurtulur, digər sərnişinlər isə onu çəkib göyərtəyə çıxarırlar.

Hadisədən sonra açıqlama verən polis həmin şəxsin psixiatrik müalicə aldığını bildirib.


Etiketlər:  Arvadını qucağına alaraq dənizə atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ